Haqqımızda2019-03-24T11:10:11+00:00

Ürək açan məkan, profesional işçi heyəti, tam müasir yeni avadanlıq və ən əsas qiymətlər bizi digərlərindən fərqləndirən amildir. Mərkəzdə mütəmadi olaraq müxtəlif bayramlara özəl endirim və kampaniyadan hər biriniz yararlana bilərsiniz. Salonumuzda olan aparatlar müasirliyi və etibarlılığı ilə fərqlənir.
Sayca nadir olanCANDELA GENTLELASE PRO U sələfləri arasında epilyasiya, piment pozuqluqları və qırışıqlıqların müalicəsi üçün hazırlanmış ən son texnoloji aparatdır. Daha sürətli atışları və tez effekt verməsi ilə müştərilərin sevimlisinə çevrilib. Ən son ALEKSANDRİT CANDELA GENTLELASE PRO U aparatı ilə dəyişilən SİZ olun!

GentleLase Pro cihazının istifadəsi kifayət qədər genişdir :

  • Lazer epilyasiyası (bütün dəri tipləri üçün tüklərin ömürlük aradan qaldırılması)

  • Damar problemləri (Hemanqiyom, üz və ayaqlarda mavi kapilyarlar)

  • Dəri problemləri (yaşlılıq ləkələri, günəşdən əmələ gələn çillər)

  • Dəri cavanlaşdırma ( qırışların azaldılması) və s.

4-8 prosedur gərəklidir. Seanslar arasındakı müddət 4-6 həftədir. Prosesin nəticəsi müxtəlif amillərdən də asılıdır. Hər prosedurdan sonra tükün sıxlığı azalaraq nazikləşir. Seanslar arasinda tükləri qırxmaq məsləhət deyil.

Hər hansı bir rahat zamanda . Məsələn, bu gün vacib görüş planlaşdırılırsa belə və ya nahar fasiləsində . Hər halda GentleLASE Pro Lazer epilyasiya proseduru planlarınızı pozmaz , əksinə boş vaxtınızdan faydalı istifadə etmək imkanı yaradar .Yüngül qızartı yalnız bir neçə dəqiqə davam edir, tüklər prosedur zamanı dərhal yox olacaq və hamar dəridən zövq alacaqsınız.

İmpuls təkrarlama dərəcəsi digər firmalardan olan avadanlıqlar ilə müqayisədə ikiqat yüksəkdir. Məsələn, 25 dəqiqə ərzində tamamilə ayaqlar, 3 dəqiqə isə üst dodaq epilyasiya oluna bilər. Candela Gentlelase Pro U aparatı bütün dəri tipərində tülərin sadəcə 1 neçə seansda 90%-dək azalmasına səbəb olur.